Çərşənbə axşamı, 06 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

TOKİ rəhbəri: “Zəlzələ bölgəsinin yenidən qurulmasında Azərbaycan mühüm rol oynayır” 

Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”nə əsasən ölkəmiz tərəfindən Kahramanmaraşda baş verən zəlzələdən zərər çəkmiş bölgələrin birində yenidənqurma işləri aparılacaq. Həmin layihənin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Hökuməti tərəfindən müəyyən məbləğ ayrılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Toplu Mənzil İdarə Müdirliyinin (TOKİ) rəhbəri Ömer Bulut mediaya açıqlama verib.

İdarə rəhbərinin açıqlaması Türkiyə mediasında geniş işıqlandırılıb.

Demirörən Xəbər Agentliyinin (DHA) mövzuya dair yazısında deyilir:

Azərbaycanın 100 milyon dollarlıq dəstəyi ilə Kahramanmaraşın Azərbaycan məhəlləsində tikiləcək yaşayış və iş yerləri üçün torpaq abadlaşdırılması işləri davam edərkən, TOKİ rəhbəri Ömər Bulut və Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov işlərlə yerində tanış olublar. Kahramanmaraş Böyükşəhər Bələdiyyə Başçısı Hayrettin Güngörün də iştirak etdiyi əraziyə baxış zamanı Bulut və Sadıqov tikintiyə cavabdeh şəxslərdən son vəziyyətlə bağlı məlumat alıblar. Ömər Bulut bildirib ki, Kahramanmaraşda zəlzələdən zərərçəkənlər üçün ev tikintisi tam sürəti ilə davam edir”.

“Haber Türk” saytının xəbərində bu mənzillərin yaxın vaxtda sahiblərinə təqdim ediləcəyi bildirilib.
“İhlas Xəbər Agentliyi”nin (İHA) “TOKİ sədri və Azərbaycan rəsmisi Azərbaycan məhəlləsinin inşa edildiyi əraziyə baxış keçiriblər” sərlövhəli yazısında bu ifadələr yer alıb: “Zəlzələ bölgəsinin yenidən qurulmasında mühüm rol oynayan Azərbaycan Kahramanmaraşda min ev inşa edəcək. Şəhərdə Azərbaycan rayonunun yaradılması işlərinə başlanılıb. Azərbaycan 320 hektar ərazidə salınacaq məhəllənin 100 milyon dollarlıq hissəsini Azərbaycan ödəyəcək”.

Yazıda TOKİ rəhbərinin “Azərbaycan məhəlləsinin tikiləcəyi ərazi kommersiya əhəmiyyətli olacaq. Azərbaycanlı qardaşlarımızın o köhnə tarixi yaşatmaqla bağlı bir xahişləri oldu, bununla yanaşı minə yaxın ev tikəcəklər. İşlər artıq başlayıb, niyyətimiz bir il ərzində tikintini başa çatdırıb qanuni sahiblərinə verməkdir.

Xəbər Türkiyənin bir çox media qurumu tərəfindən yayımlanıb.

Xatırladaq ki, Prezident İlham Əliyev bu il noyabrın 22-də 2023-cü il sentyabrın 25-də Naxçıvan şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”nin təsdiq edilməsi barədə Qanunu imzalayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Anar Bayramov dostuna sədri olduğu qurumda vəzifə verdi - Foto

Ramiz Mehdiyevin qızının hərraca çıxarılan 25 milyonluq mülkünü alan olmayıb - Fotolar

Leyla Əliyeva Dürdanə Ağayevanın dəfn mərasiminə əklil göndərib - Video, Foto, Yenilənib

Laçın rayonu ərazisində kütləvi sayda piyada əleyhinə mina aşkar edilib - Foto, Video

Paris-2024: Azərbaycan güləşçisi yarımfinala yüksəlib - Yenilənib

İran Macarıstan vasitəsilə İsraili hücum barədə öncədən xəbərdar edib    

Haniyə Türkiyənin parçalanmasını istəyib? - 12 illik gerçək

İki il əvvəl Laçında itkin düşən hərbçilərin meyitlərinin qalıqları tapılıb

Alimlər yatmaq üçün ən uyğun saatı açıqladılar    

Banqladeş prezidenti sabiq baş nazir Ziyanı azadlığa buraxıb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay